AZ

Sərnişin avtobusu piyadanı vurdu

Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub.

Hadisə şəhərin Heydər Əliyev prospektinin mərkəzi bazar yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 5 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Tağıyev Elşən Arzuman oğlunu vurub.

 

Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
44
3
sitat.info

4Mənbələr