AZ

"Qrin kart" qaydalarında dəyişiklik edildi

ABŞ "Qrin kart" (Yaşıl kart) qaydalarında dəyişikliklər edib.

AzNews.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Belə ki, artıq ABŞ ərazisində olan zaman "Qrin kart" üçün müraciət etmək mümkün olmayacaq.

Tramp administrasiyası bu ölkədə olan və "Qrin kart" üçün müraciət edən şəxslərdən ABŞ ərazisindən çıxmasını tələb edəcək.

Bildirilib ki, həmin şəxslər yalnız müraciətinə baxıldıqdan və qərar qəbul edildikdən sonra ABŞ-a daxil ola biləcəklər.

Bu, ABŞ-da qanuni və daimi yaşamaq və işləmək hüququ axtaran yüzminlərlə insanın həyatını kökündən dəyişdirə biləcək.

Seçilən
23
3
aznews.az

10Mənbələr