AZ

Ən dözümlü mühərrikləri olan 10 yapon avtomobili REYTİNQ

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerikanın “TopSpeed” nəşri “gülləkeçirməz” mühərrikləri ilə seçilən ən etibarlı yapon avtomobillərinin reytinqini hazırlayıb. Siyahıya “Honda”, “Toyota”, “Lexus”, “Subaru”, “Mazda” və “Acura” markalarının həm klassik sedanları, həm də 2026-cı il hibrid modelləri daxil edilib.

Lent.az xəbər verir ki, birinci yeri “Honda Accord 1990” tutub. Dördüncü nəsil “Accord” etibarlılığın simvolu hesab olunur: bəzi nümunələrin adi texniki xidmətlə 1,6 milyon kilometrdən çox yol qət etdiyi bildirilir.

İkinci pillədə “Lexus LS 460 2011” qərarlaşıb. Model sedan 4,6 litrlik V8 (1UR mühərriki) ilə təchiz olunub. Portal qeyd edir ki, bu platformadan təxminən 20 ildir istifadə olunur və etibarlılıq üçün V8 seçiləcəksə, UZ və ya UR seriyası üstün tutulmalıdır.

Üçüncü yerdə “Toyota Camry 2014”dür. Onun əsas versiyasındakı 2,5 litrlik dörd silindrli mühərrik “Toyota” modellərində təxminən on il istifadə olunub. Daha çox güc istəyənlər üçün isə “Lexus ES 350”dən götürülmüş V6 mühərriki təklif edilirdi və bu, etibarlılığı azaltmırdı.

Dördüncü sırada “Lexus ES 2015” yer alıb. Model iki versiyada təqdim olunub: hibrid ES 300h (200 at gücü) və 3,5 litrlik V6 mühərrikli ES 350 (268 at gücü). Avtomobil “Toyota Avalon” platformasında hazırlanıb.

Beşinci pillədə “Honda Accord 2015” qərarlaşıb. O, öz sinfində ən balanslı sedanlardan biri hesab olunur. Avtomobil 2,4 litrlik dörd silindrli (185 at gücü) və ya V6 (278 at gücü) mühərriklə təklif olunub. Model uzunömürlülüyü və yüksək ikinci əl dəyəri ilə seçilir.

İlk onluğu tamamlayan digər modellər bunlardır: “Acura TLX 2016”, “Toyota Prius Prime 2022”, “Mazda3 2024”, “Subaru Outback 2024” və “Toyota Camry 2026”. Sonuncu ilk dəfə yalnız hibrid versiyada təqdim olunub və 1060 kilometrdən çox yürüş ehtiyatına malikdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
2
lent.az

3Mənbələr