AZ

“Araz Naxçıvan” “Zirə” duelində maraqlı tendensiya

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının 33-cü turunda bu gün keçiriləcək "Araz-Naxçıvan" - "Zirə" oyunu komandaların çempionatdakı 11-ci dueli kimi tarixə düşəcək. Sport24.az xəbər verir ki, əvvəlki 10 matçın 3-də Bakı təmsilçisi, 4-də Naxçıvan klubu meydanı üç xalla tərk edib.

3 görüşdə heç-heçə qeydə alınıb. "Qartallar" Premyer Liqadakı son dörd qarşılaşmada bu rəqibinə uduzmayıb. Maraqlıdır ki, son yeddi oyunda ikidən çox qol vurulmayıb.

Ümumiyyətlə bu 10 matçın yalnız birində üç qola şahidlik edilib. 2024-cü ildəki dueldə "Zirə" rəqibini məğlub etmişdi - 3:0.

Qeyd edək ki, bu gün keçiriləcək "Araz-Naxçıvan" - "Zirə" oyunu saat 19:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
sport24.az

1Mənbələr