AZ

Paşinyan təhlükəsizliyinin etibarsız olmasından qorxur - "Hraparak"

Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyi ilə bağlı məslələrdən çox narahatdır.

Ölkə.az “hraparak”a istinadən xəbər verir ki, Ermənistanda seçkiöncəsi kampaniya zamanı

Paşinyan insanların onu kəskin tənqid, təhqir və hətta  təhqir etməsində çox ciddi narahatçılıq  keçirməkdədir.

“Hraparak” xəbər verir ki,  Paşinyan 28 may hadisələri ilə bağlı xüsusilə narahatlıq keçirir. O, seçkiqabağı kampaniyasının əsas tədbirlərindən birinin pozulmasından və həmin gün təhlükəsizliyinin təmin edilməsinin çox çətin olacağından narahatdır. O,  daha çox Qarabağdan köçən ermənilərin ona qarşı kobud davranışından ehtiyat edir.   Həttə həmin gün izdihamdan ona tərəf bir neçə daş atılacağını güman edir. Ona görə də Daxili İşlər Naziri Arpine Sarkisyana və Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyana  ictiami asayişi və  təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri görməyi ciddi şəkildə tapşırıb.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları aqressiv vətəndaşların əraziyə girməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək tapşırılıb.

 Mürtəza

Seçilən
56
1
olke.az

2Mənbələr