AZ

Madriddə baş nazirin istefası tələbi ilə kütləvi yürüş keçirilib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniyanın paytaxtı Madriddə yüzlərlə insan baş nazir Pedro Sançesin istefası tələbi ilə şəhər mərkəzində keçirilən aksiyaya qatılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Yürüş yerli vaxtla saat 10:30-da (12:30) Madridin meydanlarından birində başlayıb. Aksiyaya qatılanların bir çoxu əllərində İspaniya bayraqları daşıyıb. Tədbirə müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən mühafizəkar Xalq Partiyası və ifrat sağçı “Vox” partiyası dəstək verib. İştirakçılar baş nazirin istefasını tələb edən şüarlar səsləndiriblər.

Aksiyanın təşkilatçısı “İspan Vətəndaş Cəmiyyəti” hərəkatı olub. Hərəkat İspaniya hökumətinin ölkəni idarəetmə istiqamətindən narazı olduğunu bəyan edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr