ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyalı futbolçu Lukas Podolski peşəkar karyerasını başa vuracağını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın "Qurnik" klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, mayın 23-də "Radomyak"a qarşı keçiriləcək oyun Podolskinin karyerasında son görüş olacaq.
40 yaşlı Podolski 2021-ci ildən "Qurnik"də çıxış edir. O, karyerası ərzində "Bavariya", "Arsenal", "İnter", "Qalatasaray", "Antalyaspor" və "Vissel Kobe" kimi klublarda oynayıb.
Almaniya milli futbol komandası ilə 2014-cü ildə dünya çempionu olan Podolski, həmçinin 2006 və 2010-cu il dünya çempionatlarında bürünc medal qazanıb.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.