Ukrayna ordusunun FPV-dronlarla həyata keçirdiyi hücumlar Rostov–Cankoy magistralında vəziyyəti gərginləşdirib.
Musavat.com xəbər verir ki, hücumlar səbəbindən Rusiya tərəfi Cankoy keçid məntəqəsi vasitəsilə yük nəqliyyatının hərəkətini dayandırmağa məcbur olub.
Məlumata görə, zərbələr əsasən yanacaq daşıyan maşınlara və hərbi yük avtomobillərinə endirilir. Bildirilir ki, magistralda hərəkət edən hərbi texnika və təchizat karvanları mütəmadi olaraq FPV-dronların hədəfinə çevrilir.
Krımda artıq yanacaq çatışmazlığı və satış məhdudiyyətlərinin qeydə alındığı bildirilir.
Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Sternenko əməliyyatların davam etdiriləcəyini açıqlayıb. Kreml bu duruma görə təcili toplantı keçirir.
Rusiya Silahlı Qüvvələri yaxın zamanda Kiyevə, yaxud Lvova nüvə zərbəsi endirə bilər.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı siyasi texnoloq Vladimir Petrov deyib.
“Fikrimcə, yaxın həftələrdə, hətta bu günlərdə Kiyevə “Oreşnik” raketi, yaxud Lvova nüvə silahı ilə zərbə endirilməsi ehtimalı var”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna ordusunun Starobelsk (Luqansk) şəhərinə zərbə endirməsi səbəbindən Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə cavab tədbirlərinin hazırlanması ilə bağlı təlimat verib. Kreml rəhbəri həmçinin Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: