AZ

Şəhid qardaşından deputata: Maaşınızın müəyyən hissəsini YAŞAT Fonduna bağışlayın

Şəhid qardaşından deputata: Maaşınızın müəyyən hissəsini YAŞAT Fonduna bağışlayın

Günay Ağamali xanım, dövlətin hesabına verilən, müftə yanacaqla işləyən xidməti avtomobil sizdə rahatlıq asılılığı və tənbəllik yaratmırmı? Niyə bir çox xarici ölkələrdəki deputatlar kimi xidməti avtomobildən imtina edib Milli Məclisə velosipedlə və ya ictimai nəqliyyatla — məsələn, metro ilə, avtobusla getmirsiniz?

AFN.az xəbər verir ki, bunu şəhid mayor Vüsal Vəliyevin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev sosial şəbəkədə paylaşıb.

Əpoş Vəliyev paylaşımda qeyd edib ki, bu həm sağlam həyat tərzinə töhfə verər, həm də dövlət büdcəsinə ciddi qənaət olar:

"Üstəlik də xalqın içində olaraq problemləri daha yaxşı öyrənərsiniz. Maaşlarınız da adi vətəndaşın qazancından dəfələrlə yüksəkdir. Halbuki Vətən uğrunda sağlamlığını itirmiş, bu gün isə ağır müalicə alan qazilərimiz var. Müalicə xərclərini mütləq dövlətmi ödəməlidir? Daha nümunəvi addım olaraq hər ay maaşınızın müəyyən hissəsini, məsələn yarısını, qazilərimizin müalicəsinə dəstək məqsədilə YAŞAT Fonduna bağışlamağınız həm cəmiyyətə örnək olar, həm də sosial ədalət baxımından daha vicdanlı yanaşma sayılar".

Seçilən
36
afn.az

1Mənbələr