AZ

Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır

Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin vaxtı hələki məlum deyil.

Xatırldaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 25nəfər tüstüdən zəhərlənib.

Seçilən
49
3
aznews.az

10Mənbələr