AZ

Jurnalistlər onu mövsümün ən yaxşı oyunçusu seçdi

Futbol Jurnalistləri Assosiasiyasının (FWA) versiyasına görə İngiltərədə 2025/26 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Bruno Fernandeş olub.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in kapitanı bu mövsüm komandasının hücum xəttində əsas fiqurlardan biri olub və sabit çıxışı ilə seçilib. 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi mövsüm ərzində komandada 36 oyun keçirib, 8 qol vurub və 22 məhsuldar ötürmə verib.

Qeyd edək ki, FWA mükafatı İngiltərə futbolunda ən nüfuzlu fərdi qənimətlərdən sayılır və qalib hər il jurnalistlərin səsverməsi ilə müəyyənləşir.

Seçilən
126
football-plus.az

1Mənbələr