AZ

ABŞ-a köçmək istəyənlərin nəzərinə: “Yaşıl kart” qaydaları dəyişdi

ABŞ-a köçmək istəyənlərin nəzərinə: “Yaşıl kart” qaydaları dəyişdi

ABŞ ölkədə müvəqqəti viza ilə olan əcnəbilərin daimi yaşayış icazəsi (“Yaşıl kart”) üçün müraciətlərini yalnız öz ölkələrindən etmələrini məcburi hala gətirib.

AFN.az xəbər verir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) sosial media hesabından qanuni daimi yaşayış statusu olan “Yaşıl kart” müraciətləri ilə bağlı açıqlama yayıb.

Açıqlamada ölkədə müvəqqəti viza ilə qalan əcnəbilərin daimi məskunlaşmaq üçün “Yaşıl kart” müraciətlərini fövqəladə hallar istisna olmaqla, yalnız öz ölkələrindən edə biləcəkləri bildirilib.

Sözügedən qərarın sistemdəki boşluqlardan istifadənin qarşısını almaq üçün alındığı vurğulanan bəyanatda bununla daimi qeydiyyat icazəsi rədd edilən şəxslərin ölkədə qanunsuz şəkildə qalmasının qarşısının alınmasının hədəfləndiyi ifadə edilib.

Tələbə, müvəqqəti iş və turist vizasına sahib şəxslərin ölkəyə qısa müddətli və müəyyən bir məqsədlə gəldiyi qeyd edilən açıqlamada sistemin bu şəxslərin ziyarətləri başa çatdıqda ölkəni tərk etmələri üçün nəzərdə tutulduğu və bu ziyarətlərin “Yaşıl kart” prosesinin ilk addımı kimi qiymətləndirilməməli olduğu vurğulanıb.

Seçilən
66
afn.az

1Mənbələr