AZ

Asif Şirəliyev: “18 yaşdan yuxarı hər kəs güləş hakimi ola bilər”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı güləş hakimi ola bilər”.

İdman.Biz xəbər verir ki, bu sözləri Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda keçirilən tədbirdə Güləş Federasiyasının hakimlər komitəsinin sədri Asif Şirəliyev deyib.

O bildirib ki, namizədlərin güləş barədə məlumatı olmalı, beynəlxalq yarışlar üçün ingilis dili biliyinə sahib olmalı və psixoloji testlərdən keçməlidirlər. Daha sonra isə onlar güləş üzrə xüsusi kurslara cəlb olunurlar.

Asif Şirəliyev əlavə edib ki, dünya praktikasında hətta avtobus sürücüsünün də hakim olduğu hallar olub.

Humay İsgəndərova

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
icma.az

1Mənbələr