AZ

Çində kömür mədəni partladı: 90 nəfər öldü

Çində kömür mədəni partladı: 90 nəfər öldü

Çinin Şanşi əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində 90 işçi həyatını itirib.

AFN.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, Çançcı vilayətinin Çinyüen rayonundakı kömür mədənində səhər saatlarında qaz sızması səbəbindən partlayış olub.

247 işçinin çalışdığı mədəndə ilk müəyyən etmələrə görə 90 nəfər dünyasını dəyişib.

Uçqun altında qalan işçilərin axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayının artacağından narahatlıq duyulur.

Kömür mədənindəki partlayış Çində son illərdə ən çox can itkisinə yol açan mədən qəzalarından biri olub.

2023-cü ildə Daxili Monqolustan Muxtar Bölgəsindəki açıq mədəndə baş verən uçqun nəticəsində 53 işçi həyatını itirmişdi.

Çin dövlət başçısı Si Cinpin yaydığı açıqlamada axtarış-xilasetmə işləri üçün səfərbər olunmağı və yaralıların müalicəsi üçün təlimat verib.

İşlərin lazımi qaydada aparılmasını istəyən Si partlayışın səbəbləri ilə bağlı genişmiqyaslı istintaqın aparılması və məsuliyyəti olanların qanun qarşısında cavab verməsi çağırışını edib.

Ölkə daxilindəki bütün yerli rəhbərliklərin və aidiyyəti qurumların hadisədən dərs çıxarmalı, əmək təhlükəsizliyi tədbirlərini gücləndirməli olduğunu diqqətə çatdıran Si, böyük qəzaların qarşısının alınması üçün potensial risklərin aşkarlanaraq aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Qəza ilə bağlı istintaq davam edir.

Çində infrastrukturun köhnə, təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu kömür mədəni müəssisələrində son illərdə nəzarətin gücləndirilməsi ilə qəzaların sayı azalsa da, bəzən belə faciələr baş verir.

Seçilən
48
afn.az

1Mənbələr