AZ

ABŞ-da gəmiqayırma zavodunda baş verən partlayışda 1 nəfər ölüb

ABŞ-da gəmiqayırma zavodunda baş verən partlayışda 1 nəfər ölüb

ABŞ-ın Nyu-York ştatındakı bir gəmiqayırma zavodunda baş verən yanğın və partlayış nəticəsində 1 nəfər ölüb, 36 nəfər yaralanıb.

AFN.az xəbər verir ki, Nyu-York Yanğınsöndürmə İdarəsindən verilən açıqlamada Staten-Aylend bölgəsindəki gəmiqayırma zavodunda yanğını söndürmə işləri zamanı partlayışın baş verdiyi bildirilib.

Açıqlamada yanğın və partlayış səbəbindən 1 nəfərin həyatını itirdiyi, əksəriyyəti yanğınsöndürən olmaqla 36 nəfərin yaralandığı, onlardan üçünün vəziyyətinin ağır olduğu qeyd edilib.

Nyu-York şəhərinin meri Zohran Mamdani hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bunun mürəkkəb və sürətlə inkişaf edən bir fövqəladə hal olduğunu bildirib.

Hadisə yerində 200-dən çox yanğınsöndürən və tibb işçisinin iştirak etdiyi qeyd olunan açıqlamada, yanğın və partlayışın səbəblərinin araşdırıldığı bildirilib.

Seçilən
39
afn.az

1Mənbələr