Futbol üzrə Konqo Demokratik Respublikası millisi bu yay keçiriləcək dünya çempionatından kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Buna səbəb sözügedən ölkədə ebola virusunun yayılmasıdır. Ağ Evin dünya çempionatı üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culiani bu yığmanın hazırda təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirdiyi Belçikada 21 günlük karantində qalmalı olduğunu açıqlayıb.
Onun sözlərinə görə, karantin olmadan komandanın ABŞ-yə və turnirə ev sahibliyi edən ölkələrə girişi məhdudlaşdırıla bilər.
Culiani tədbirlərin infeksiyanın yayılmasının qarşısını almağa və ABŞ-də ictimai səhiyyə təhlükəsizliyini təmin etməyə yönəldiyini deyib.