Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir.
AzNews.az xəbər verir ki, hətta iddialara görə, rəhbərlik artıq 54 yaşlı mütəxəssislə təmasa keçib.
Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la oyundan (4:3) sonra bu barədə suala cavabında Ağdam klubu ilə müqaviləsinin davam etdiyini bildirib.
“Beşiktaş”ın idman direktoru Öndər Özen Teleqraf-a açıqlamasında hazırda yeni baş məşqçi ilə bağlı adların dəqiqləşmədiyini bildirib: