Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov sakinlərlə səyyar görüş keçirib -Fotolar
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov
Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə görüş keçirib.
aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb.
Göydəniz Qəhrəmanov bildirib ki, havaların xoş keçməsini nəzərə alaraq, daimi vətəndaş qəbulları ilə yanaşı, Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin müxtəlif məhəllələrində səyyar görüşlərə başladıq. İlk görüşümüz Fuad İbrahimbəyov 5, Abdulla Şaiq 214 və 216, Nabat Aşurbəyova 202, 221 və 223, eləcə də Məhəmməd Naxçıvani 10 ünvanlarında yaşayan sakinlərlə keçirildi.
Sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olundu. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alındı.