İyunun 21-dən 27-dək Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılıb.
Bu barədə Bizim.Media “AFAZ-a (Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı) istinadən xəbər verir.
Missiya çərçivəsində Türkiyə-Azərbaycan-Qana biznes forumu, B2B və B2G formatında görüşlər keçiriləcək. Bundan başqa, müəssisələrin fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi illik müqayisədə 5,24 %, yəni 102,165 milyon ABŞ dolları azalaraq 1,847 milyard ABŞ dolları təşkil edib.
Öz növbəsində, hesabat dövründə Azərbaycanla Qana arasında ticarət dövriyyəsi 97 % və ya 278,56 min ABŞ dolları azalaraq 5,81 min ABŞ dollarına bərabər olub.
Türkiyə İxracatçılar Şurasının məlumatına görə, yanvar-aprel aylarında ölkənin Qanaya ixracı il ərzində 2,1 % azalaraq 138,576 min ABŞ dolları təşkil edib.
Bizim.Media