AZ

Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var

ain.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna ordusu Novorossiyskə dron zərbəsi endirib.

APA xəbər verir ki, şəhər meri Andrey Kravçenkonun “Telegram”da verdiyi məlumata görə, hücum nəticəsində neft terminalında yanğın baş verib və iki nəfər yaralanıb.

“PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib. Bir neçə texniki və inzibati bina alovlanıb. Dron qəlpələri yanacaq terminalının ərazisinə düşüb”, - o qeyd edib.

Qeyd edək ki, Rusiyanın xam neft ixracının təxminən beşdə biri Novorossiyskin payına düşür və bu bölgə ölkənin Qara dənizdəki ən böyük ixrac mərkəzi hesab olunur.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Hava Hücumundan Müdafiə sistemləri gecə Ukraynaya məxsus ümumilikdə 348 dronu zərərsizləşdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
5
apa.az

7Mənbələr