Çinin şimalındakı Şanxi əyalətində yerləşən kömür mədənində baş verən partlayış nəticəsində 90 fəhlənin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Xinhua News xəbər agentliyinin yaydığı məlumata görə, Çanqcı şəhərinin Çinyüen rayonundakı kömür mədənində səhər saatlarında qaz sızmasından qaynaqlanan partlayış baş verib.
247 işçinin çalışdığı qeyd olunan mədəndə 90 işçi həlak olub.
Dağıntılar altında qalan işçilərin axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağından narahatlıq ifadə olunur.
Kömür mədənindəki partlayışın Çində son illərdə ən çox insan itkisinə səbəb olan mədən qəzalarından biri olduğu vurğulanır.
Xatırladaq ki, Inner Mongolia Muxtar Bölgəsində 2023-cü ildə açıq mədən sahəsində baş verən uçqun nəticəsində 53 işçi həyatını itirmişdi.
Si Cinpin yayımladığı açıqlamada axtarış-xilasetmə işləri üçün bütün imkanların səfərbər edilməsini və yaralıların müalicəsinin təmin olunmasını tapşırıb.
Si Cinpin hadisənin səbəblərinin hərtərəfli araşdırılmasını və məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edib.