AZ

Bankda işləmək İSTƏYƏNLƏR: Bu bank VAKANSİYA ELAN EDİR

Ajans.az Xalq Banka istinadən xəbər verir ki, vakansiya üzrə namizədlərin əsas vəzifələri daxili nəzarət və risklərin idarə olunması prosedurlarının yoxlanılması, maliyyə hesabatlarının təhlili, audit yoxlamalarının aparılması və bank fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsindən ibarətdir.

Təsvir
  • Daxili nəzarət və risklərin idaəre dilməsi prosedurlarını yoxlamaq, təhlil etmək və qiymətləndirmək;
  • İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
  • Bankın fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;
  • Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil etmək;
  • Muhasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq.
Tələblər
  • Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
  • Bank sahəsində minimum 3 illik təcrübə;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”);
  • Azərbaycan dilini mükəmməl, Rus və İngilis dilini yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
  • Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
  • Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər;
  • Bank və risklərin idarəolunmasına dair biliklər;
  • Bank əməliyyatlarının bütün aspektləri ilə bağlı ümumi biliklər;
  • Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
  • Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
  • Məsuliyyətlilik;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Hesabatın hazırlanması və yazılması bacarığı;
  • Yaş həddi: 24 – 35.
Vakansiya tam ştatdır. Son müraciət tarixi 22 iyun 2026-cı ildir.
Seçilən
37
Ajans.az

1Mənbələr