AZ

“SEPAH ilə əlaqəli şəxs İvanka Trampa sui qəsd planlaşdırıb” ABŞ nəşri

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə saxlanılan İraq vətəndaşı Məhəmməd Bəkr əl-Sədi İvanka Trampa qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunur.

Bu barədə “The New York Post” nəşri məlumat yayıb.

Məlumata görə, əl-Sədinin məqsədi ABŞ tərəfindən öldürülən SEPAH-ın Qüda qanadının komandanı Qasım Süleymaninin ölümünün “qisasını almaq” olub.

Məlumatda bildirilir ki, şübhəli şəxsin üzərində İvanka Trampın Floridadakı evinin xəritəsi aşkarlanıb və onun Tramp ailəsinə qarşı təhdidlər səsləndirdiyi iddia olunur.

ABŞ Ədliyyə Nazirliyi isə əl-Sədinin İrana bağlı strukturlarla əlaqəli olduğunu və Amerika və yəhudi hədəflərinə qarşı müxtəlif hücum planlarında iştirak etdiyini açıqlayıb. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
15
azpolitika.info

10Mənbələr