AZ

Vasili Nebenzya: “Qərb Donbass sakinlərini insan yerinə qoymur”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qərbdə Donbass və ümumilikdə Rusiya sakinlərinin insan yerinə qoyulmaması barədə kəskin fikirlər səsləndirib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

“Açıq bəyan edirəm ki, Təhlükəsizlik Şurasındakı bəzi həmkarlarıma görə utanc hissi keçirirəm. Biz bilirdik ki, TŞ-nin avropalı üzvlərindən bənzər fikirlər eşidəcəyik, lakin bu gün onların kinizm səviyyəsi həddini aşdı. Onlardan heç biri Starobelskdə həlak olan uşaqların adını belə çəkməyə lütf etmədi. Siz deyirsiniz ki, bunu müstəqil şəkildə təsdiqləyə bilmirsiniz və bunun bir tamaşa olmadığına əmin deyilsiniz. Lakin hətta Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Starobelski vurduğunu rəsmən təsdiqləyib”.

O vurğulayıb ki, bu yanaşma artıq ikiüzlülük və ya ikili standart belə deyil, uşaq qurbanlarının ruhuna açıq-aşkar təhqirdir:

“Biz öz çıxışımızda qeyd etdik ki, sizin üçün şəfqətə layiq olan və buna layiq olmayan qurbanlar var. Sizi, yəni Avropa İttifaqının burada iştirak edən və etməyən üzvlərini dinləmək – hansı tərəfdən olmasından asılı olmayaraq, bütün zərərçəkənlərin hisslərini təhqir etmək deməkdir”.

Rusiya rəsmisi fikirlərinə bu cür davam edib:

“Biz ümumiyyətlə necə bu həddə çatdıq ki, Avropa ölkələrinin nümayəndələri Starobelskdəki uşaqları, gənc tələbələri, Donbass və ümumilikdə Rusiya sakinlərini insan hesab etmirlər? Bu amil insanlıq simasından onları yox, məhz bu zalda oturan sizləri məhrum edir. Doğrudanmı indi səsləndirdiyiniz bu fikirlərə görə özünüz utanmırsınız?”

Danimarka nümayəndəsi isə replika ilə cavab verib: “Xeyr, biz utanc hissi keçirmirik”.

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
icma.az

1Mənbələr