AZ

Gülərdən xəbərdarlıq: İsrail, Yunanıstan və Cənubi Kiprin...

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-İsrail və İran arasındakı müharibədən qaynaqlanan raket və PUA təhdidlərindən sonra Şimali Kipr Türk Respublikasında gördüyümüz əlavə tədbirlər təkcə Şimali Kiprin deyil, həm də bütün adanın təhlükəsizliyinə töhfə verir.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Yunanıstan və Cənubi Kipr administrasiyası, qlobal miqyasda qəbul edilmiş yanaşmanın əksinə olaraq, İsrail ilə hərbi və siyasi münasibətlərini inkişaf etdirməyə davam edir:

“Biz İsrail, Yunanıstan və Cənubi Kiprin fəaliyyətlərini və hərbi əməkdaşlıq təşəbbüslərini yaxından izləyirik. Bu təşəbbüsün Türkiyə üçün hərbi təhlükə yaratmasından söhbət gedə bilməz. Lakin bu vəziyyət gələcəkdə Kiprin yunan xalqı üçün təhlükəsizlik probleminə çevrilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
2
axar.az

3Mənbələr