AZ

Qurban Qurbanov “Beşiktaş”a gedir? - Klub rəsmisi açıqladı - EKSKLÜZİV

BAKI, 23 may. TELEQRAF

Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir.

Teleqraf xəbər verir ki, hətta iddialara görə, rəhbərlik artıq 54 yaşlı mütəxəssislə təmasa keçib.

Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la oyundan (4:3) sonra bu barədə suala cavabında Ağdam klubu ilə müqaviləsinin davam etdiyini bildirib.

Bəs Superliqa təmsilçisinin planları nədir?

Məsələni dəqiqləşdirmək üçün “Beşiktaş”ın idman direktoru Öndər Özenə müraciət etdik. Türkiyə klubunun rəsmisi Teleqraf-a açıqlamasında məsələ ilə bağlı bunları deyib:

“Hazırda yeni baş məşqçi ilə bağlı adlar dəqiqləşməyib. Qurban Qurbanovla bağlı hər hansı təşəbbüsümüz və ya marağımız yoxdur. Qurban hoca çox dəyərli, son dərəcə uğurlu bir mütəxəssisdir və ona böyük hörmət bəsləyirik. Ancaq hazırda “Beşiktaş” klubununun gündəmində belə bir məsələ mövcud deyil. Sonda qeyd edim ki, klubun bu məsələ ilə bağlı hər hansı məlumatı və yayılan xəbərlərin də klubla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

Seçilən
47
11
teleqraf.com

10Mənbələr