AZ

Beqayi: “İran və ABŞ razılığa yaxınlaşmayıblar”

ain.az, Ayna saytına istinadən bildirir.

"Biz əminliklə deyə bilmərik ki, razılaşmanın qaçılmaz olduğu bir mərhələyə çatmışıq”

“İran və ABŞ münaqişəyə son qoymaq üçün razılığa yaxınlaşmayıblar”. AYNA.AZ “Tasnim”ə istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi deyib.

"Biz əminliklə deyə bilmərik ki, razılaşmanın qaçılmaz olduğu bir mərhələyə çatmışıq. Danışıqların əsas diqqət mərkəzi müharibəyə son qoymaqdır", - qeyd edib.

Pakistan ordusunun rəisi Asim Munirin Tehrana səfərini şərh edən diplomat xarici nümayəndə heyətlərinin səfərlərinin artmasının "diplomatik prosesin davamı" olduğunu qeyd edib.

O həmçinin Qətərdən olan nümayəndə heyətinin İran xarici işlər naziri Abbas Əraqçi ilə məsləhətləşmələr apardığını, lakin "Pakistan tərəfinin ABŞ ilə danışıqlarda vasitəçi kimi çıxış etməyə davam etdiyini" təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
ayna.az

1Mənbələr