AZ

Nyu-Yorkda partlayış: Ölən və yaralananlar var

ABŞ-nin New York ştatında yerləşən tərsanələrdən birində baş verən yanğın və partlayış nəticəsində 1 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, New York Fire Department tərəfindən yayılan açıqlamada bildirilib ki, Staten Island bölgəsindəki tərsanədə baş verən yanğının söndürülməsi zamanı güclü partlayış qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, əksəriyyəti yanğınsöndürən olmaqla 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Zohran Mamdani hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında, “Bu, mürəkkəb və sürətlə inkişaf edən fövqəladə vəziyyət idi” ifadəsini işlədib.

Qeyd olunub ki, hadisə yerinə 200-dən çox yanğınsöndürən və təcili tibbi yardım əməkdaşı cəlb edilib. Yanğın və partlayışın başvermə səbəbi araşdırılır.

Seçilən
45
cebheinfo.az

1Mənbələr