İran və ABŞ münaqişəyə son qoymaq üçün razılığa gəlməyə yaxınlaşmayıblar.
Musavat.com xəbər verir ki, bu açıqlamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai verib: "Biz əminliklə deyə bilmərik ki, razılaşmanın qaçılmaz olduğu bir nöqtəyə çatmışıq". Bəqai vurğulayıb ki, "danışıqların əsas diqqət mərkəzi müharibəyə son qoymaqdır".
Pakistan ordusunun rəisi Asim Munirin Tehrana səfərini şərh edən diplomat qeyd edib ki, xarici nümayəndə heyətlərinin səfərlərinin sayının artması "diplomatik prosesin davamıdır". O, həmçinin Qətərdən olan nümayəndə heyətinin İranın xarici işlər naziri Abbas Araqçi ilə məsləhətləşmələr apardığını təsdiqləyib, lakin bildirib ki, "Pakistan tərəfi ABŞ ilə danışıqlarda vasitəçilik etməyə davam edir".
Qeyd edək ki, dünən ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlarda müsbət irəliləyişlərin olduğunu deyib. Bəzi mənbələr isə razılaşmaya yaxınlaşıldığına dair məlumat yayıb.
Musavat.com