I Liqada 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Sonuncu - 27-ci turda “Mingəçevir” doğma meydanda “Səbail”i qəbul edib.
Həmin matçda Mingəçevir təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib.
Onlar bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yiyələnərək Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşündə iştirak etmək hüququ əldə ediblər.
Növbəti mövsümdə elitada oynamaq istəyən “Mingəçevir” pley-off mərhələsində “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma mayın 28-də baş tutacaq.
“Mingəçevir”lilər pley-offa yüksəldiyi üçün mükafat alacaq. Həmin məbləğ bizə bəllidir - 20 min manat.
Klub rəhbərdiyi həmçinin vəd edib ki, tezliklə komandanın bütün borcları bağlanacaq. Qarşıdakı günlər ərzində 3 aylıq ödəmədərin bir yerdə ediləcəyinə söz verilib.
SPORTİNFO.AZ