AZ

İngiltərə çempionu 22 yaşlı futbolçunu transfer etməyə çalışır

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin “Bornmut” futbol klubunun yarımmüdafiəçisi Aleks Skott karyerasını son mövsüm çempionluğu qeyd edən “Arsenal” klubunda davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, “Topçular” “Bornmut”un futbolçusunu transfer etmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

Oyunçu ilə yanaşı digər yerli nəhəng klublar da maraqlanır.

Qeyd olunur ki, “Bornmut” Aleks Skott üçün təxminən 60 milyon funt sterlinq tələb edir.

Aleks Skott bu mövsüm keçirdiyi 39 oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri futbolçunun dəyərini 40 milyon avro qiymətləndirirlər. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr