AZ

NATO üzvlərinə Ukrayna üçün daha 90 milyard ayırmaq təklif olunub

Almaniyanın xarici işlər naziri Yohann Vadeful NATO-dakı həmkarlarına artıq razılaşdırılmış Avropa İttifaqı kreditinə əlavə olaraq Ukraynaya ən azı 90 milyard avro ayırmağı təklif edib.

Musavat.com BR24 xəbər portalına istinadən xəbər verir ki, nazir alyans tərəfdaşlarına Aİ kreditinə "ən azı eyni məbləği ikitərəfli şəkildə" əlavə etməli olduqlarını deyib.

Qeyd edək ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya 60 milyard avro hərbi, 30 milyard avro büdcə yardımı krediti ayırıb. Kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına qaytarılacaq.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr