BAKI, 23 may. TELEQRAF
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, hadisəyə görə məsuliyyət daşıyanlar qanuna uyğun olaraq "nəzarətə alınıb" və xilasetmə işləri hələ də davam edir. Əlavə məlumat verilməyib.
Agentlik daha əvvəl səkkiz nəfərin öldüyünü və 38 mədənçinin yeraltında qaldığını bildirmişdi.