AZ

Məqsədə çatmayan komandaların Sumqayıt dueli

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 33-cü turunun üçüncü oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "Zirə"ni qəbul edir.

Hər iki komanda mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoysa da, sonda istəyinə çata bilmədi. Nominal meydan sahibləri "futbol ili"ni turnir cədvəlinin 6-cı, "qartallar"ın isə 5-ci pilləsində başa vuracağı dəqiqləşib.

Qeyd edək ki, mövsümün son qarşılaşması sabah Qubada - "İmişli" ilə artıq elitanı tərk edəcəyi rəsmiləşən "Karvan-Yevlax" arasında baş tutacaq.

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

19:00. "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam MəmmədovVAR: Kamal UmudluAVAR: Asiman ƏzizliHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Eldar MəmmədovSumqayıt. "SOCAR Polymer Arena".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
sport24.az

1Mənbələr