Tramp administrasiyası daxilində İrana qarşı yeni hərbi zərbələr nəzərdən keçirilir.
Musavat.com xəbər verir ki, məlumatı CBS News müzakirələrlə tanış mənbələrə istinadən yayıb. Bildirilir ki, İranla davam edən diplomatik danışıqlara baxmayaraq, cümə günü administrasiya daxilində İrana qarşı yeni zərbələr endirilməsi nəzərdən keçirilib. Onlar əlavə ediblər ki, cümə gününə qədər yekun qərar hələ verilməyib.
Mənbələr bildirib ki, ABŞ hərbi və kəşfiyyat dairələrindəki bəzi rəsmilər mümkün zərbələr gözlənildiyi üçün hər il may ayının son bazar ertəsi günü qeyd olunan Xatirə Günü planlarını ləğv ediblər.
Daha əvvəl prezident Donald Tramp Truth Social-da dövlət işlərinə görə oğlu kiçik Donald Trampın toyunda iştirak edə bilməyəcəyini açıqlayıb:"Baxmayaraq ki, oğlum Don Tramp ailəsinin ən yeni üzvü, gələcək həyat yoldaşı Bettina ilə birlikdə olmaq istəyirdim. Dövlət işləri ilə bağlı hallar və ABŞ-a olan sevgim buna imkan vermir".
Tramp "bu vacib vaxtda" Vaşinqtonda qalmağı zəruri hesab etdiyini vurğulayıb.
Dünən həmçinin Axios portalı da mənbələrə istinadən Tramp administrasiyasının İrana qarşı hərbi hücumlara hazırlaşdığına dair məlumat yayıb.
Musavat.com