AZ

Pentaqon rəsmilərinin həftəsonu planları ləğv edildi

ABŞ administrasiyası, o cümlədən Pentaqon və kəşfiyyat qurumunun rəsmiləri, yaxın üç gün ərzində İrana mümkün zərbələrin bərpasına hazırlaşır.

Publika.az xəbər verir ki, bu iddia ilə "CBS" teleşirkəti mənbələrə istinadən çıxış edib.

Mənbələrin məlumatına görə, ABŞ-ın bəzi hərbi və kəşfiyyat rəsmiləri 25 mayda ölkədə qeyd olunan üç günlük Xatirə Gününə rəğmən həftəsonu planlarını ləğv ediblər. Bu isə mümkün zərbələr fonunda alınan qərardır. Həmçinin, Pentaqon və kəşfiyyat rəsmiləri ABŞ-ın xaricdəki obyektlərindəki şəxsi heyətinin siyahılarını yeniləyir. Çünkü ABŞ-ın Yaxın Şərqdəki iştirakı azalıb və İran tərəfindən mümkün cavab gözlənilir.

Qeyd edək ki, bundan öncə "Axios" da mənbələrə istinadən oxşar məlumat yayıb. Belə ki, ABŞ Prezidenti Donald Trampın danışıqların gedişatından məyusluq içində İrana hücumları bərpa etməyə meylli olduğu bildirilib. ABŞ Prezidenti cümə günü səhər vitse-prezident Cey Di Vens, Pentaqon rəhbəri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və administrasiyanın digər rəsmiləri ilə görüş keçirib. Görüş zamanı Trampa danışıqların gedişatı və uğursuzluqla nəticələnəcəyi təqdirdə mümkün ssenarilər barədə məlumat verilib. Portal yazıb ki, "Trampa yaxın bir mənbənin iddiasına görə, Prezident son, həlledici böyük hərbi əməliyyatın mümkünlüyündən bəhs edib və onun nəticəsinə əsasən qələbəni elan edərək müharibəyə son qoya biləcəyini deyib".

Seçilən
22
publika.az

1Mənbələr