AZ

Dünyaşöhrətli müğənni sərxoş halda saxlanıldı Polisi lazanya yeməyə dəvət etdi Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyaca məşhur pop ulduzu Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyi şübhəsi ilə saxlanılarkən polisə etdiyi qeyri-adi təkliflə sosial şəbəkələrdə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, martın 4-də ABŞ-nin Kaliforniya ştatının Ventura dairəsində baş verən hadisənin görüntülərə mediaya yeni sızıb.

Polis əməkdaşları digər sürücülərdən daxil olan şikayətlər əsasında zolaqlar arasında təhlükəli hərəkət edən qara rəngli BMW markalı avtomobili saxlayıblar.

Yayımlanan avtomobil kamerası görüntülərində polis əməkdaşlarının məşhur müğənnidən avtomobildən düşməsini tələb etdiyi, lakin onun buna bir müddət etiraz etdiyi görünür. Bildirilir ki, avtomobildən güclü spirt qoxusu gəlirmiş.

Hadisə zamanı Spirs polisə “Mən heç bir səhv etməmişəm” deyib, daha sonra isə bölməyə aparılmamaq üçün əməkdaşları evinə dəvət edib. Görüntülərdə onun “Evimə gəlin, sizə lazanya bişirərəm, hovuzum da var” sözləri eşidilir.

Sosial mediada “lazanya planı” kimi yayılan görüntülər qısa müddətdə trendə çevrilib. Bu ifadələrin rəsmi olaraq rüşvət təklifi kimi qiymətləndirilmədiyi bildirilir.

Məlumata görə, avtomobildə aparılan yoxlama zamanı boş şərab qədəhləri və reseptsiz dərman preparatları aşkarlanıb. Müğənninin davranışlarında qeyri-sabitlik müşahidə edildiyi qeyd olunur.

Spirs xəstəxanada qan analizi verməkdən də imtina edib. Ona qarşı “narkotik və ya alkoqol təsiri altında avtomobil idarə etmək” maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib.

Məhkəmənin məşhur müğənnini 12 aylıq nəzarət şərti ilə sərbəst buraxdığı, həmçinin reabilitasiya və alkoqol-maddə maarifləndirilməsi proqramına qatılmasını tələb etdiyi qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
qafqazinfo.az

1Mənbələr