AZ

Pezeşkian ordu və ordu rəhbərliyi ilə məsləhətləşmələr apardı: “Hakimiyyət daxilində heç bir fikir ayrılığı yoxdur...“

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

İranın ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəvinin sözlərinə görə, ötən gün - mayın 22-də Prezident Məsud Pezeşkian ilə ölkənin Silahlı Qüvvələrindəki vəziyyətin müzakirə olunduğu uzunmüddətli məsləhətləşmələr aparılıb.

Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.

Səfəvi vurğulayıb ki, prezident "öz vəzifələrini qətiyyətlə yerinə yetirir" və İranın müharibəyə can atmadığını, lakin "öz təhlükəsizliyini müdafiə etməkdən heç vaxt vaz keçməyəcəyini" bəyan edib.

O, həm də bildirib ki, Pezeşkian İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüş keçirib və bu görüşdə ali rəhbər Müctəba Xameneyinin tapşırıqları müzakirə olunub.

Generalın sözlərinə görə, İran Silahlı Qüvvələri "hər an" prezidentin və ölkənin ali rəhbərinin əmrlərini yerinə yetirməyə hazırdır.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
2
moderator.az

3Mənbələr