AZ

Yaponiyada yemişlər hərracda rekord qiymətə satıldı

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaponiyada becərilən bir cüt premium "Yubari" yemişi mövsümün ilk auksionunda rekord qiymətə - 5.8 milyon yenə (təqribən 36 500 ABŞ dolları) satılaraq 2019-cu ildə qeydə alınan beş milyon yenlik əvvəlki rekordu qırıb.

Lent.az xəbər verir ki, məlumatı "Japan Today" nəşri yayıb.

Məhsulu Kusiro şəhərindən olan "Futami Seika" topdansatış şirkəti alıb. Sonradan bu yemişlər bazar gününə qədər Tokiodakı supermarketlərdən birində sərgiləməyi planlaşdıran "Keio Store Co." şirkətinə yenidən satılıb.

Yubari şəhərində becərilən bu növ yemişlər xüsusi şirinliyi və şirəli narıncı ləti ilə məşhurdur. Onlar Yaponiyada ən yüksək keyfiyyətli hədiyyəlik məhsullardan biri sayılır.

Yerli aqrar kooperativin məlumatına əsasən, cari mövsümdə ümumi dəyəri təqribən 2.12 milyard yen (13.1 milyon ABŞ dolları) olan 3 086 ton yemişin bazara çıxarılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
2
lent.az

3Mənbələr