Niderland hökuməti Arktikanı NATO-nun hərbi çəkindirmə sisteminin yeni istiqaməti kimi tanıyıb.
APA xəbır verir ki, bu barədə ölkənin 2026–2030-cu illər üçün qəbul etdiyi yeni Arktika strategiyasında qeyd olunub.
Sənəddə bildirilir ki, Arktika artıq “sülh və əməkdaşlıq regionu” deyil və geosiyasi rəqabət zonasına çevrilir. Buna görə də NATO-nun bölgədə iştirakının artırılması və kollektiv çəkindirmə tədbirlərinin gücləndirilməsi vacib hesab olunur.
Niderland Norveçdə müttəfiqlərlə birgə hərbi təlimləri davam etdirməyi, həmçinin Kanada və ABŞ-də Arktika əməliyyatlarında iştirak imkanlarını nəzərdən keçirməyi planlaşdırır.
Hökumət hesab edir ki, buzlaqların əriməsi yeni dəniz marşrutlarına, təbii ehtiyatlara və sualtı infrastruktura çıxışı artırır və bu da regionun strateji əhəmiyyətini yüksəldir.