AZ

"Həbib məşqdə hər kəsi məhv edirdi, bir nəfərdən başqa..."

Amerikalı MMA məşqçisi Xavyer Mendes keçmiş tələbəsi, UFC əfsanəsi Həbib Nurməhəmmədovun səviyyəsindən danışıb.

Publika.az xəbər verir ki, Mendes LMA-ya verdiyi müsahibədə bildirib:

“Həbib məşqdə hər kəsi məhv edirdi. O, sparrinqdə hər kəsi məhv edirdi, hər kəsi. Həbibin qarsısın ala bilən yeganə şəxs İslam Mahaçev idi.

İslam Həbiblə döyüşə bilən və hətta bəzi cəhətlərdən onu üstələyə bilən yeganə şəxs idi. Amma digər bütün hallarda Həbib sadəcə rəqiblərini asanlıqla məğlub edirdi”.

Seçilən
5
7
publika.az

7Mənbələr