AZ

Azərbaycanda ilk dəfə - "Meydançanın kralı və kraliçası"

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "King & Queen of the Court" ("Meydançanın kralı və kraliçası") turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Mayın 23-də baş tutacaq yarışda 10 kişi və 12 qadın komandası çempionluq uğrunda mübarizə aparacaq.

Bakı Su İdmanı Sarayında təşkil olunacaq turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.

Seçilən
72
sportinfo.az

1Mənbələr