Türkiyə televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar”la bağlı diqqətçəkən paylaşım gündəm olub.
Musavat.com xəbər verir ki, serialın məşhur aktyorlarından Şevket Çoruh sosial şəbəkə hesabında Bir əfsanə daha bitdi. Çəkilişdə və yayımlanmasında əməyi keçən hər kəsə təşəkkürlər sözlərini yazaraq layihənin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Uzun illər ekran işində “Məsud Komissar” obrazını canlandıran aktyorun paylaşımı serialın finala yaxınlaşdığı barədə iddiaları daha da gücləndirib.
2006-cı ildən yayımlanan “Arka Sokaklar” Türkiyənin ən uzun müddət davam edən kriminal-dram seriallarından biri hesab olunur. Layihə illər ərzində geniş tamaşaçı auditoriyası qazanıb və bir çox aktyorun məşhurlaşmasına səbəb olub.
Serial xüsusilə polis həyatı, cinayət hadisələri və ailə mövzularını bir araya gətirən süjeti ilə uzun illər reytinq siyahılarında ön sıralarda yer alıb.
Musavat.com