AZ

NATO-ya qarşı etiraz aksiyası: 20 nəfər saxlanıldı

İsveçin Helsinborq şəhərində NATO-ya qarşı keçirilən etiraz aksiyasında 20-ə yaxın nümayişçi saxlanılıb.

Publika.az xəbər verir ki, saxlanılanlar “Shut Down NATO” (“NATO bağlansın”) hərəkatının fəallarıdır.

Fəallar Şimalı Atlantik alyansın XİN nazirlərinin zirvə görüşünün keçirildiyi şəhər mərkəzinə daxil olmağa çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların üzərində axtarış həyata keçirib. Onlardan bəziləri saxlanılaraq polis avtobuslarına mindirilib.

Seçilən
36
10
publika.az

10Mənbələr