AZ

Argentinalı mütəxəssis DÇ-2026-dan sonra millidən ayrılacaq

Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa gələn ay başlayacaq dünya çempionatından sonra postunu tərk edəcək.

Fanat.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı mundialda iş başında olmaq fürsətinə görə Uruqvay millisinə təşəkkür edib.

70 yaşlı Byelsa 2023-cü ilin mayından indiki postundadır. Uruqvay seçməsi onun rəhbərliyi altında 33 oyuna çıxıb. Əcnəbi mütəxəssis bu matçlarda16 qələbə, 10 heç-heçə, 7 yenilgi görüb. 

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Uruqvay millisi H qrupunda Səudiyyə Ərəbistanı, Kabo-Verde və İspaniya ilə mübarizə aparacaq.

Toğrul

Seçilən
49
1
fanat.az

2Mənbələr