AZ

“Trabzonspor” Türkiyə Kubokunun qalibi oldu

Türkiyə Kubokunun finalında “Trabzonspor” və “Konyaspor” komandaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Antalya şəhərindəki “Corendon Airlines Park” stadionunda keçirilən həlledici görüşdə “Trabzonspor” 2:1 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Komandanın hər iki qolunu Onuaçu vurub.

Qeyd edək ki, 64-cü Türkiyə Kuboku məhz bu final qarşılaşması ilə öz sahibini tapıb. “Trabzonspor”un qələbəsi ilə başa çatan görüşdən sonra komanda gələn mövsüm UEFA Avropa Liqasına pley-off mərhələsindən qatılacaq.

Seçilən
52
90deqiqe.az

1Mənbələr