AZ

ABŞ “MQ-9 Reaper” PUA-larının ən azı 20%-ni itirib

İsraillə İrana qarşı birgə hərbi əməliyyat zamanı ABŞ “MQ-9 Reaper” PUA-larının ən azı 20%-ni xərcləyib.

İtkilərin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edib.

Editor.az xəbər verir ki, “Bloomberg” agentliyinin verdiyi məlumata görə, İran qüvvələri havada dronların əksəriyyətini məhv edib. Bəziləri də yerdə raket zərbələri ilə sıradan çıxarılıb.
Konqres Tədqiqat Xidmətinin may ayında dərc olunmuş hesabatına görə, ABŞ ordusu 24 “MQ-9 Reaper” itirib. Nəşr iddia edir ki, bu rəqəm 30-a qədər ola bilər. Buraya məhv edilənlər və zədələnmə səbəbindən yararsız hala düşənlər də daxildir.
Bir “MQ-9 Reaper” təxminən 30 milyon dollara başa gəlir və kəşfiyyat məlumatlarının toplanması və dinamik hədəflərin məhv edilməsi üçün istifadə olunur. O, “AGM-114 Hellfire” raketləri və “Joint-Direct Attack Sunition” idarə olunan bombaları daşıya bilər. “MQ-9 dronları asanlıqla məhv edilə bilər, çünki onlar pilotsuzdur, lakin onlar çox bahalı və sayı çox azdır və işlək istehsal xətti yoxdur, onları xərclənə bilən hesab etmək olmaz”, – deyə “Bloomberg”in müdafiə tədqiqatları rəhbəri Bekka Vasser qeyd edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr