AZ

Artıq Azərbaycanda onların işini süni intellekt görür AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkəmizdə fəaliyyət göstərən iri holdinqlər və böyük şirkətlər iş proseslərini qısaltmaq və xidmət keyfiyyətini artırmaq məqsədilə artıq müəyyən sahələrdə insan əməyini yeni texnologiyalarla əvəzləməyə başlayıb. Hazırda bu keçid daha çox xidmət, istehsalat, tikinti və satış sferalarında özünü büruzə verir. Ekspertlər xəbərdar edir ki, xüsusilə növbəti beşillikdə marketinq və birbaşa müştəri xidmətləri kimi sahələrdə işçi qüvvəsinə tələbat kəskin azala bilər. Belə bir rəqabət mühitində işsiz qalmamaq və əmək bazarında mövqe itirməmək üçün çalışan şəxslərin texnoloji yeniliklərə, süni intellekt (AI) proseslərinə uyğunlaşması və fərdi vərdişlərini sürətlə inkişaf etdirməsi artıq qaçılmaz tələbə çevrilir.İnsan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün əmək bazarında artıq böyük şirkətlər, holdinqlər və miqyasına görə iri müəssisələrin əksəriyyəti bəzi sahələrdə insan əməyinin azaldılması istiqamətində addımlar atırlar:“Onlar müəyyən proseslərdə insan resursunu minimuma endirmək və bunun əvəzində texnologiyaların imkanlarından daha geniş istifadə etmək qərarına gəlirlər. Əmək münasibətlərini analiz etdikdə görürük ki, bu tendensiya xüsusilə xidmət sektorunda daha çox hiss olunur. Eyni zamanda istehsalat və tikinti sahələrində də inkişaf etmiş texnologiyaların tətbiqi hesabına iş prosesinin sürətləndirilməsi və işə sərf olunan vaxtın azaldılması istiqamətində fəaliyyət aparılır. Təbii ki, bu dəyişikliklər qısa müddətdə baş verməyəcək və tam uyğunlaşma prosesi bəlkə də bir neçə onillik davam edəcək. Hazırda ölkəmizdə müasir texnika və texnologiyaların tətbiqi daha çox böyük şirkətlərdə müşahidə olunur. Çünki iri şirkətlərin bu sahəyə investisiya yatırmaq imkanları daha genişdir. Kiçik və orta müəssisələrdə isə həmin texnologiyaların tətbiqi üçün tələb olunan maliyyə resursları məhdud olduğuna görə bu proses daha zəif gedir”. O bildirib ki, qarşıdakı beşillik dövrdə marketinq, satış və müxtəlif xidmət sahələrində insan əməyinin müəyyən qədər azalacağı gözlənilir:“Çünki şirkətlər çalışırlar ki, həm xidmət keyfiyyətini yüksək səviyyədə saxlasınlar, həm də işçi sayını azaltmaqla xərcləri optimallaşdırsınlar. Bu istiqamətdə artıq bir çox şirkətlər planlaşdırma mərhələsinə keçiblər. Texnika və texnologiyaların sürətli inkişafı əmək bazarına birbaşa təsir göstərir. Bu səbəbdən hazırda çalışan və ya iş axtaran şəxslər növbəti illərdə şəxsi bacarıqlarının inkişafına daha çox diqqət ayırmalıdırlar. Xüsusilə texnologiya, rəqəmsal biliklər və süni intellekt istiqamətində biliklərin artırılması vacib amillərdən birinə çevrilir. İnsanlar bu yeniliklərə uyğunlaşmaq və əmək bazarında rəqabət qabiliyyətini qorumaq üçün davamlı şəkildə öz üzərlərində işləməlidirlər. Qeyd etdiyim kimi, həm xidmət, həm istehsalat, həm də satış sahələrində bu proseslər artıq müəyyən səviyyədə tətbiq olunmağa başlayıb. Şirkətlər yaxın illərdə əldə olunan nəticələri daha detallı şəkildə analiz edərək bu modelin effektivliyini qiymətləndirəcəklər. Nəticə etibarilə demək olar ki, əmək bazarında aktiv qalmaq istəyən şəxslər öz bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verməlidirlər. Bu proses müəyyən maliyyə və zaman tələb etsə də, texnoloji inkişafdan geri qalmamaq gələcək üçün vacib məsələlərdən biridir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
demokrat.az

2Mənbələr