AZ

: “Levandovskiyi əvəz etmək demək olar ki, mümkün deyil”

“Barselona”nın idman direktoru Deku Robert Levandovskinin klubdan ayrılmasından sonra hücum xəttinin gələcəyi barədə danışıb.  

90deqiqe.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, məsul şəxs bildirib ki, polşalı hücumçunun yerini doldurmaq olduqca çətindir və onun komandanın uğurlarındakı rolu əvəzolunmazdır.

“Bu, bir az kədərli gündür, çünki Robertin gedişi reallığa çevrilir. Onu demək olar ki, əvəz etmək mümkün deyil. O, son illərin ən yaxşı hücumçularından biri idi və ‘Barselona’ya verdiklərini təkrarlamaq çox çətindir”

O, klubun artıq heyətin gücləndirilməsi üzərində işlədiyini təsdiqləsə də, Xulian Alvares və Joao Pedro kimi konkret namizədlər barədə danışmaqdan imtina edib.

“Biz heç kimi istisna etmirik və heç kimlə müqavilə imzalamamışıq”, – deyə idman direktoru qeyd edib.

37 yaşlı futbolçu yayda azad agent kimi komandadan ayrılacaq.

Levandovski “Barselona”nın heyətində 192 oyunda 119 qol vurub və 24 məhsuldar ötürmə verib. O, üç dəfə İspaniya çempionu, bir dəfə ölkə kubokunun qalibi və bir dəfə superkubokun sahibi olub.

Seçilən
28
90deqiqe.az

1Mənbələr