AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin WUF13 ün sərgi sahəsindəki pavilyonu işini yekunlaşdırıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgi sahəsində təşkil olunmuş xüsusi pavilyonu işini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin sonuncu günündə Mərkəzin pavilyonu həm yerli, həm də əcnəbi ziyarətçilərin böyük marağına səbəb olub.

Sərgi iştirakçıları Mərkəzin təlimçi və benefisiarının hazırladıqları unikal əl işləri ilə yaxından tanış olub, həmçinin xalçaçılıq və bədii tikmə sənəti üzrə interaktiv ustad dərslərində iştirak ediblər.

Ziyarətçilərə Mərkəzdə həssas qruplara aid olanların yaradıcılıq potensialının üzə çıxarılması, onlara sosial-psixoloji dəstəyin göstərilməsi sahəsində həyata keçirilən layihələr barədə məlumat verilib.

Sessiya çərçivəsində pavilyonda inklüzivliyin təşviqi, həssas qruplardan olanların yaradıcılığının tanıdılması məqsədilə müxtəlif proqramlar təşkil edilib.

Məqsəd Azərbaycanda inklüziv cəmiyyətin inkişafı istiqamətində həyata keçirilən yenilikçi təşəbbüslər, dövlətin bu sahəyə diqqət və qayğısı, habelə əlilliyi olan şəxslərin sosial inteqrasiyası sahəsində görülən işləri geniş ictimaiyyətə çatdırmaq olub.

Mərkəzin pavilyonu Azərbaycan incəsənəti, milli-mənəvi irsi və inklüziv dəyərlərinin beynəlxalq müstəvidə təbliği işinə mühüm töhfədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
azertag.az

1Mənbələr